Rusiyada iş icazəsi necə almaq olar?
1. Rusiyanın ərazisinə daxil olduqda mühacirət kartını almaq və doldurmaq lazımdır. Onlar sərhədçilər, stüardessalar, qatar konduktorları və digərləri tərəfindən pulsuz verilir.
2. Mühacirət kartı rus dilində doldurulur. Rus dilini bilmirsinizsə, onun latın əlifbasının hərfləri ilə doldurulması icazə verilir. Mühacirət kartının iki tərəfini doldurmaq lazımdır.
3. Gəliş məqsədi qrafasında “çalışmaq” sözünün altından xətt çəkmək lazımdır.
4. Sərhədi keçdikdə mühacirət kartının “A” hissəsi sərhədçilərdə qalır, digər “B” hissəsi isə sizə qaytarılır. “B” hissəsinin əks üzündə sərhədçilər Rusiya sərhədinin keçilməsi barədə ştamp qoymalıdırlar.
5. Rusiyaya daxil olduqdan sonra 3 iş günü müddətində mühacirət uçota durmalısınız. Bunun üçün pasport və mühacirət kartı lazımdır. Bununla sizə kömək edə bilərik.
6. Əcnəbi vətəndaşların iş icazəsinin alınması üçün Federal Mühacirət Xidmətinin plastik kartını almaq lazımdır. Biz sizə kömək edəcəyik.
Sizdən tələb olunan sənədlər
1. Pasport
2. Qeydiyyat barədə qeydlə mühacirət kartı
3. 3x4 ölçüdə sizin rəngli foto (tutqun kağızda) - 2 ədəd
4. Təhlükəli xəstəliklərlə xəstə olmamağınız barədə bir neçə tibbi arayış
5. Bəzi digər sənədlər
Siyahı və sənədlərin nümunələri, həmçinin onların Federal Mühacirət Xidmətinə verilməsi qaydası daim dəyişdirilir. Russian International Manpower-in mütəxəssislərlə məsləhətləşin və biz Moskva və Moskva vilayətində iş icazəsi almaq üçün sənədləri ən qısa zamanda və heç bir çətinlik olmadan rəsmiləşdirməyə kömək edəcəyik.
Telefon (495) 916-86-28
Diqqət: biz ancaq rus dilində danışırıq!
Rusiyanın minimum bir milyon mühacirə ehtiyacı vardır.
Sual vermək
|